Поэту
Şair, dəyər vermə çox el məhəbbətinə sən.
Alovlu təriflərin ani küyü tez ötər.
Soyuq kütlə gülüşü, gic qınağı eşitsən,
Ciddiliyini pozma, sakit qal, ağır həm də.
Sən sultansan: təkyaşa. Azadlıq yollarıyla,
Get, azad zəkan səni çəkib aparsa hara,
Sevimli fikirlərin meyvəsini cilala,
Nəcib şücaətinə mükafat ummayaraq.
O, sənin özündədir. Ali məhkəməsən sən,
Özünsən hamıdan sərt işinə qiymət verən.
Razısanmı işindən, söylə, tələbkar ustad?
Razısanmı? Qoy ağız əysin kütlə eləsə,
Odun yanan mehrabı tüpürüb ləkələsin,
Ya dəcəl uşaq kimi oynasın səcdəgahla.
Ruscadan tərcümə
04. 05. 2019, Samara
Поэту
Поэт! не дорожи любовию народной.
Восторженных похвал пройдет минутный шум;
Услышишь суд глупца и смех толпы холодной,
Но ты останься тверд, спокоен и угрюм. Читать далее