Exil
Ah, vətən, kaş indi görə biləydim,
Yasəmənlərini, badamlarını.
Gəzib çəmənində çiçək dərəydim —
Ürəyim yanır!
Kaş ki bacaraydım, — fəqət ay ata,
Ay, ana, heyif ki, yox iqtidarım,
Sizin daşınıza baş qoyub yatam —
Ürəyim yanır!
Sizin yas örtüklü məqbərənizdə,
Əgər bacarsaydım, danışdırardım
Qardaşım Abel və Ejeni sizlə —
Ürəyim yanır!
Əgər bacarsaydım, ah, göyərçinim,
Anam, səmalara ruhu uçanım,
Məzarın üstündə diz də çökərdim —
Ürəyim yanır!
Ah, o səmadakı tək ulduza gör
Necə də əllərim mənim uzanır!
Necə dodaqlarım torpağı öpür —
Ürəyim yanır!
Yoxsuz, ölüm fikri məni ağladır,
Qara dalğaların harayı dinir.
Qaçmaq istəyirəm, getmir ayağım,
Ürəyim yanır!
Ancaq toranlıqda pusqu quran bəxt,
Yanılır, sayaraq addılarımı,
Düşünürsə qoca bu yolçu əlbət,
Yəqin usanır…
Fransızcadan tərcümə
29.05. 2019, Samara
Exil
Si je pouvais voir, ô patrie,
Tes amandiers et tes lilas,
Et fouler ton herbe fleurie,
Hélas ! Читать далее