Архив | 24.05.2019

VİKTOR HÜQO. QIZIM ADELƏ

 

kinopoisk.ru

À ma fille Adèle

 

Körpə balam, yanımda yatmışdın təzə gül tək,

Sanki balaca İsa beşiyində mürgülər.

Qızım, sən elə sakit, elə gözəl yatırdln,
Eşitmirdin quşların nəğməsini eşikdən.

Toran şirinliyini udurdum fikirli mən,

Sirli bu kainatın.

 

 

Duyurdum başın üstdən uçuşunu mələyin,
Baxır və gözlərimlə yığırdım bələyini

Bəzəyən jasminləri, qərənfilləri asta
Dua edirdim baxıb qapalı gözlərinə,

Düşünəndə ki, bizi  gecə nələr gözləyir,
Gözlərim islanırdı.

 

Bir gün mən də yuxuya gedərəm, və kölgədən
Bir yatağım olar ki, qəm verər, ağrıdar həm.

Eşitmərəm bir daha nəğməsini quşların

Zülmət olar gecələr; göyərçinim, o zaman

Qaytarrıb gətirərsən, sən mənim məzarıma,
Duamı, göz yaşımı.

 

Fransızcadan tərcümə

22. 05. 2019, Samara

 

À ma fille Adèle

 

Tout enfant, tu dormais près de moi, rose et fraîche, 
Comme un petit Jésus assoupi dans sa crèche ; 
Ton pur sommeil était si calme et si charmant 
Que tu n’entendais pas l’oiseau chanter dans l’ombre ; 
Moi, pensif, j’aspirais toute la douceur sombre 
Du mystérieux firmament.  Читать далее