ALEKSANDR PUŞKİN. “TƏSADÜFİ NEMƏT, HƏM DƏ Kİ, HƏDƏR…”

Təsadüfi nemət, həm də ki, hədər —
Həyat, mənə niyə verilmisən sən?

Bu sirli taleyin hökmü ilə də,

Edama məhkumsan, həyat, sən nədən?

—

Nə yağı qüvvədir qəsdimə durub,

Heçlikdən, yoxluqdan məni qaldıran?

Kimdir ehtirasla ruhu doldurub,

Ağlı şübhələrlə qayğılandıran?

—

Bilmirəm ki, kiməm, məqsədim nədir,

Beyin asudədir, boşdur ürəksə.

Həyatın yeknəsəq küyü bezdirir,

Ruhumu bürüyür üzücü qüssə.

26 may 1828

ruscadan tərcümə

05-06.01. 2022, Samara

================

Александр ПУШКИН

Дар напрасный, дар случайный,
Жизнь, зачем ты мне дана?
Иль зачем судьбою тайной
Ты на казнь осуждена?

—

Кто меня враждебной властью
Из ничтожества воззвал,
Душу мне наполнил страстью,
Ум сомненьем взволновал?..

—

Цели нет передо мною:
Сердце пусто, празден ум,
И томит меня тоскою
Однозвучный жизни шум.

26 мая 1828.