UİLYAM ŞEKSPİR. 64-CÜ SONET

Sonnet_64_1609.jpg

When I have seen by time’s fell hand defaced…

 Gərəndə dağıdır zaman əliylə,

Ötən əsrlərdə yaranan nə var;

Uçub gəlir yerə uca qüllələr,

Bürüncün özü də qalıb pas atar,

—

Görəndə suları ac okeanın,

Sahilə zəfərli hücumlar çəkir.

Ya torpaq su üstdə zəfər qazanır,

İtkilər qazancdır, qazancsa itki.

—

Görəndə bir belə dəyişmələri,

Görəndə fənadır sonu hər şeyin,

Fənalıq özü də söyləyir mənə,

Gün gələr, aparar zaman eşqimi.

  —                 

 Ağlamaqdan özgə nə qalır indi,
Biləndə səadət müvəqqətidir.

 

İngiliscədən tərcümə

21.02.2018

Samara