UİLYAM ŞEKSPİR. 65-Cİ SONET

 

sonnet-65.jpg

                        Since brass, nor stone, nor earth, nor boundless sea…

Mis olsun, daş olsun, dəniz ya torpaq,
Ölümlə üzləşib məhv olub gedər.

Bir çiçək qüdrəti səndə var ancaq,

Yox bircə şansın da bu çəkişmədə.

 

Bal qoxulu nəfəs necə dayansın,

Üzücü günlərin basqılarına?

Polad qapıları adlayır Zaman,

Dağıdır qranit qayalıqları.

 

Ah, acı düşüncə! Kim ala bilər,
Zaman incisini Zamandan axı?

Ondan gözəlliyi kim xilas elər?

Kim dayandırar bu çevik ayağı?

 

                       Tək ümid şeirmdə möcüzəyədir,

                      Yanar mürəkkəbdə eşqim əbədi.

 

İngiliscədən tərcümə

07.12.2017

Samara

Реклама