UİLYAM ŞEKSPİR. 67-Cİ SONET

sonnet-67

Ah, wherefore with infection should he live…

 

O niyə yaşasın föhş içində, ah,
Barışıb ömrünə dolan ayıbla?

Sanbal da, hörmət də qazansın günah,

Bağlayıb özünü onun adıyla?

 

Rənglə, fırça ilə düzəldilənə,
Niyə bənzədilsin onun çöhrəsi?

Saxtaya qızılgül niyə deyilə,

Onun gözəlliyi həqiqi gülsə?

 

Qüvvədən düşübsə həyat mənbəyi,

Təbiətin özü, niyə o yaşar?

Qalmayıb sərvətdən indi heç nəyi,

Təkcə dostum ona fəxr, yaraşıq.

                  

                                   Ah, qorunur, görək bu dünya necə,

                                  Bir zaman zənginmiş, dəyişməyincə.

 

İngiliscədən tərcümə

22.02.2018

Samara

 

QEYD: Mövzusuna görə 66-cı sonetin davamıdır.

Реклама