TEOFİL QOTYE. FELYETONDAN SONRA

gautier_big-min

Après le feuilleton

Mənim sütunlarım sıralanıbdır,
Portiki üstündə felyetonların.

Onlar cinahıyla dayaq yaradır,
Həqiranə qəzet frontonuna.

 

Görmərəm düz bazar ertəsinəcən,

Mən ölü doğulmuş şedevrləri.

Səkkiz gün ərzində kefim istəsə,
Qovaram qapıma gələni geri.

 

Keçə bilməyəcək şütüyüb daha,

Melodramların sapları indi,

Mənim şıltaq qəlbim özü toxuyan,
Saf ipək iplərin çərçivəsindən.

 

İndi eşidirəm ürəyim necə,
Təbiət qarışıq nalə çəkir saf.

Dəbli kupletlərin daha girinci,

Deyiləm, onlardan başım ağrımaz.

 

Stəkan yanımda hayana getsəm,

Ondadır canımın ötən sağlığı.

Vururam şərabdan haçan istəsəm,

Köhnə arzulardır mənim qonağım.

 

Fikrimdən qıcqırıb bu nəfis şərab,

Bütün içkilərdən təmiz və şirin.

Salxımı qəlbimdən mənim yığaraq,
Həyat tapdalayıb gilələrini.

 

Fransızcadan tərcü

06-07. 09. 2018

Samara

Реклама