Архивы

FRANÇESKA PETRARKA. «AMUR AĞLAYIRDI…»

Amur ağlayırdı, mən də onunla,

Ağlardım, bir addım aralanmadan

Sevgi bağlarını qırdığın andan,

Ağır nəticələr yaşardım belə.

 

Tanrı qoydu səni düz yola indi.

Göylərə üz tutub ədil və rəhman,
Dualarımızı nəzərə alan

Kəsə həqiranəmin şükr dedim.

 

Fəzil istəyindən üz çevirərək,

Yenə eşq yoluna qayıtsan əgər
Qarşına enişlər, yoxuşlar çıxar önünə.

 

Biləsən ki, həyat yolu nə qədər

Çətindir, fəzilət istəyən gərək,

Necə ağır ola dönməyə yenə.

 

italyancadan tərcamə

  1. 07. 2026, Samara

QEYD: Petrarkanın “Canzoniere” məcmuəsindəki şeirlərin çoxu Lauraya həsr olunub, 25-ci sonet isə şairin yaxın dosruna ünvanlanıb və bu dostun Canni Torriani olduğu güman edilir. Dost müvəqqəti olaraq düz yoldan çıxaraq kurtuaz eşqə («l’amorosa vita»)və ya fəzil həyata meyldən imtina etmişdi.

 

+++++++++++++++++

Franceska Petrarka

 

Amor piangeva, et io con lui talvolta,
dal qual miei passi non fur mai lontani,
mirando per gli effecti acerbi et strani
l’anima vostra dei suoi nodi sciolta.

Читать далее

FRANÇESKA PETRARKA. «GÖYLƏRİN NEMƏTİ…»

Göylərin neməti, mötəbər sipər

Zevsin qəzəbindən, şair adına

Layiq hər insanın bəzəyi dəfnə,
Olsaydı mənim də qismətim əgər

 

Dostluq eləyərdim bu əsrin daha

Saymadığı sənət pəriləriylə.

Fəqət Minervanın özündən belə
Qaçıram, dözməyib bu haqsızlığa.

 

Al günəş altında Həbəş qumları
Hətta mən yanan tək qızar çətin ki,
Ən əziz olanı axı itirdim.


Tükəndim qurudum, indi siz ayrı,

Bir bulaq axtarın, məndəsə çünki,
Axan gözlərimin yaşıdır indi.

 

italyancadan tərcümə

29.06. 2026

++++++++++++++++++++++++==

 FRANCESKA PETRARKA

 

Se l’onorata fronde che prescrive
l’ira del ciel, quando ’l gran Giove tona,
non m’avesse disdetta la corona
che suole ornar chi poetando scrive,

Читать далее

FRANÇESKA PETRARKA. «MİN DƏFƏ, SEVİMLİ DÜŞMƏNİM, SƏNƏ…»

Min dəfə, sevimli düşmənim, sənə

Ürəyimi təslim etmək istədim.

Gözlərinlə barış bağlaram, dedim,

Baxdın təkəbbürlə fəqət sən mənə.

 

Ürəyimə ümid bəsləsə birdən

Ayrı xanım əgər, ümidi heçdir.
Ürək təsirinlə çünki dəyişdi,

Mənə də xoş deyil sən bəyənməyən.

 

Çıxarıb ürəyi tullasam əgər,

Qəriblik yaşayar, görməz o səndən

Bir kömək və bilməz var çağıranı.

 

Təbii yolunu itirə bilər,

Bu, cinayət olar, sənə xüsusən,

Çünki, xanım, sevir, daha çox səni.

 

italyancadan tərcümə

  1. 06. 2026, Samara

++++++++++++++

FRANCESKA PETRARKA

 

Mille fïate, o dolce mia guerrera,
per aver co’ begli occhi vostri pace
v’aggio proferto il cor; mâ voi non piace
mirar sí basso colla mente altera.

Читать далее

FRANÇESKA PETRARKA. «XANIM, UTANIRAM GÖZƏLLİYİNİN….»

Xanım, utanıram gözəlliyinin
Şeirlərimdə yox hələ təsviri,

Axı mən ki səni görəndən bəri,
Vurğunu olmadım ayrı heç nəyin.

 

Bu yük çox ağırdır çiyunlərimçin,

Yox incə cilaya məndə nəharət,

Ağlımı səfərbər elədim, fəqət,
İşə girişməyə çətinlik çəkir.

 

Çox olub ağzımı açmışam dinəm,
Kəsilib sinəmdə səsim, susmuşam —
Belə ucalığa o, necə fəth edər?

 

Çox olub şeir başlamışam mən.

İlk həmlədə əlim, qələmim, zəkam,

Əfsus ki, yenilib geriyə gedər.

 

italyancadan tərcümə

  1. 06. 2026, Samara

+++++++++++++

FRANCESKA PETRARKA

 Vergognando talor ch’ancor si taccia,
donna, per me vostra bellezza in rima,
ricorro al tempo ch’i’ vi vidi prima,
tal che null’altra fia mai che mi piaccia.

Читать далее

FRANÇESKA PETRARKA. «ELƏ HEYVANLAR VAR, DİK BAXA BAXA BİLƏR…»

 

Elə heyvanlar var, dik baxa bilər

Qorxub-çəkinmədən günəşə onlar.

Günəşdən çəkinib yayınan da var,

Yuvadan çıxmırlar axşama qədər.

 

Var dəli həvəsli başqaları da,

Od çəkir onları şölələləndə

İşıq saçdığı tək yandırır həm də:

Əfsus, mən onlarla eyni sırada.

 

Çünki bu xanımın işığına mən,
Nə dözə bilirəm, kölgəli yerlə

Pərdə çəkmək olur aramıza nə.

 

Zəif gözlərimdən yaş axır hərçənd,

Çəkir məni onun yanına tale,

Bilirəm yanaram, gedirəm yenə.

 

italyancadan tərcümə

  1. 06. 2026, Samara

+++++++++++++++++++++

FRANCESKA PETRARKA

 

Son animali al mondo de sí altera
vista che ’ncontra ’l sol pur si difende;
altri, però che ’l gran lume gli offende,
non escon fuor se non verso la sera;

Читать далее

FRANÇESKA PETRARKA. «GİLƏLƏNƏR ACI GÖZ YAŞIM YENƏ…»

Gilələnər acı göz yaşım yenə,

Ahımla üzümə axıdaram mən,

Eşqiylə dünyadan məni küsdürən,
Gözlərin baxarsa bir anlıq mənə.

 

Sənin incə və xoş təbəssümündən,
Qızğın istəyimin yatır yanğısı,

İşgəncə odunun yetir xilası,

Səndən gözlərimi çəkməyincə mən.

 

Ruhum öləziyir görəndə ancaq

Çevrilib gedirsən xoş yerişlə sən,

Tale ulduzlarım sönür elə bil.

 

Eşq açarlarıyla xilas taparaq,

Qəlb səni izləyir, çıxıb sinəmdən,

Dərin fikirlərdən həm cana gəlir.

 

italyancadan tərcümə

  1. 06. 2026, Samara

FRANÇESKA PETRARKA. «AYRILIR ÇALLAŞMIŞ, ƏYİLMİŞ QOCA…»

Ayırılır çallaşmış, əyilmiş qoca,

Bütün ömrü keçən doğma məkandan

Ağrılı ayrılır ailə ondan,

Görüb əziz qoca üzülüb necə.

 

 

Toplayır nə qədər canında güc var,

Keçib günlərindən qalanı gedir.

İndi yardımçısı tək iradədir,

Daha zəiflədib onu da yollar.

 

Arzusu Romaya onu çatdırar,
Görsün surətini orda o Kəsin
Ki, bir vaxt özünü görər səmada.

 

Qəlbimdə beləcə bir istəyim var:

Əsl surətini, xanım, mən sənin,

Mümkün ola görəm başqalarında.

 

italyancadan tərcümə

22-23. 06. 26, Samara

++++++++++++

FRANCESKA PETRARKA

XVI SONET

Movesi il vecchierel canuto et biancho
del dolce loco ov’à sua età fornita
et da la famigliuola sbigottita
che vede il caro padre venir manco; Читать далее

FRANÇESKA PETRARKA. «İSTƏR GÜNƏŞ ÇIXSIN, TUTULSUN YA DA…»

İstər günəş çıxsın, tutulsun ya da,
Xanım, saxlayırsan duvağı üzdə.

Bütün arzulardan böyük və ümdə,

 Arzum olduğunu bildiyin andan.

 

Bəzən ölüm hətta arzulayaraq,

Duyğumu qəlbimdə gizlədən zaman,

Şəfqət işığıydı üzündə yanan,

Amur məni sənə tanıtdı ancaq

 

Onda saçlarını qapadı duvaq,
Özünə qapandı baxışların da.

Nəyi çox istərdim, itirdim onda.

 

Duvağa bağlıyam daim həyatda.

İsti yandıra ya dondura şaxta,

İşıqlı gözlərin bağlı qalacaq.

 

italyancadan tərcümə

25-27. 05. 2026, Samara

+++++++++++++++++

Fraanceska PETRARKA

 

Lassare il velo o per sole o per ombra,
donna, non vi vid’io
poi che in me conosceste il gran desio
ch’ogni altra voglia d’entr’al cor mi sgombra.

Читать далее

FRANÇESKA PETRARKA: «DƏLİLİYƏ DÖNÜB EHTİRAS DAHA…»

Dəliliyə dönüb ehtiras daha —

Sevgi bağlarını tamam qıraraq,

Məni dalda qoyub çapıq və qıvraq,
Qaçanı izləyir qarabaqara.

 

Nə qədər çağıram onu düz, əmin

Bir yola —  az qulaq asır o qədər.

Nə döndərmək olur, saxlamaq  nə də,

Təbiətindədir, bu, Eçqin yəqin.

 

Cilovu əlimdən zorla alan tək,,

Tabeyəm mən ona, istəmədən mən,
Sürüyüb aparır ölümə sarı.

 

Dəfnənin yanına gərək biz gedək

Meyvəsi kal, acı, qüssə törədən,

Kim yesə, ovunmaz, hiss edər ağrı.

İitalyancadan tərcümə

13-13. 05. 2026, Samara

++++++++++++++++++++++

Françeska PETRARKA

 

Sí travïato è ’l folle mi’ desio
a seguitar costei che ’n fuga è volta,
et de’ lacci d’Amor leggiera et sciolta
vola dinanzi al lento correr mio,

Читать далее

FRANÇESKA PETRARKA. «BİR GÜNDƏ MİN GÜNAH CƏZALANDIRIB…»



Bir gündə min günah cəzalandırıb
İncə qisas almaq məqsədi ilə
Sevgi ox götürdü, bıd bir əmələ
Hazır adam necə yer, zaman güdür.

Ürəkdə cəm oldu gücüm bir anda,
Keşikdə saxladım ayıq gözləri,
Amma qabaq bir ox batmayan yeri
Onun oxu deşib batırdı qanda.


İtirdim özümü bu ilk həmlədən
Fəqət nə güc tapdım, nə də ki, macal
Silaha sarılam zəruri bu an


Hiylə işlədərək çəkiləm ya da,
Uca və keçilməz təpəyə dərhal
Qurtulsun beləcə canım cəfadan.

italyancadan tərcümə
06-08. 05. 2026, Samara
+++++++++++++++


Per fare una leggiadra sua vendetta
et punire in un dí ben mille offese,
celatamente Amor l’arco riprese,
come huom ch’a nocer luogo et tempo aspetta.


Era la mia virtute al cor ristretta
per far ivi et ne gli occhi sue difese,
quando ’l colpo mortal là giú discese
ove solea spuntarsi ogni saetta.


Però, turbata nel primiero assalto,
non ebbe tanto né vigor né spazio
che potesse al bisogno prender l’arme,

overo al poggio faticoso et alto
ritrarmi accortamente da lo strazio
del quale oggi vorrebbe, et non pò, aitarme.