UİLYAM ŞEKSPİR. 61-Cİ SONET

Sonnet_61_1609.jpg

 

                                      Is it thy will thy image should keep open…

 Səninmi hökmünlə gecə uzunu,
Xəyalın yuxumu qovar gözümdən?

Səninmi əmrinlə sənə bənzəyən,
Kölgələr qoymur ki, mürgüləyəm də?

 

Səninmi ruhundur dalımca  düşən,

Harda nə eləsəm, izləyən məni?

Baxır kimlə, necə günah işlərəm — 

Bu qısqanclığında axı nə məna?

 

Yox, eşqin çoxsa da, böyük deyildir,
Məni öz sevgimdir yuxudan edən.

Öz eşqimdir pozan dincliyimi də,
Məni keşikçiyə odur döndərən.

 

                    Səni izləyirəm, elə ki məndən,

                    Uzaqsan, yaxınsan özgələrlə sən.

İngiliscədən tərcümə

 18.02.2018

Samara

Реклама