UİLYAM ŞEKSPİR. 62-Cİ SONET  

sonnet-62.jpg

                                      Sin of self-love possesseth all mine eye…

 

Özünüsevərlik əsiriyəm mən,

Təpədən dırnağa, ruhuma qədər.

Yox belə günaha bir əlac bilən,

İçimdə, qəlbimdə kök atıb gedər.

 

Üzüm tək füsunkar üz tanımıram,

Yox bədənim kimi mükəmməl bədən.

Bilməz dəyərimi mənim bir adam,
Hamıdan üstünəm çünki dəyərdə.

 

Ancaq olduğum tək  ayna göstərir —

Döyənək dəridə dərin qırışlar.

Dəyişir özümə münasibətim;

Özünəsevgidə günah və şər var.

 

                Yaşımı gəncliyin, gözəlliyinlə,

               Bəzəyib səni vəsf edirəm elə.

 

İngiliscədən tərcümə

19.02.2018

Samara

Реклама