Sed non satiata[i]
Gecənin zülmətinə bənzəyən qəribə sənəm,
Havana müşk ilə ətrində qarışmış elə bil,
Hansı Faust ya cadugar əlinin qüdrətidir,
Bu qaranlıq bədənində, ya doğuldun gecədən?
Nə şərabın, nə tiryəkin, yuxunun ləzzətini,
Sevirəm sevgili ağzındakı cövhər kimi mən.
Yürüyər üstünə karvan tək ehtirasım, o dəm,
Qəlbim istər soyuda gözlərində xiffətini,
O qara gözlərin ki, qəlbinin nəfəsliyidir,
Rəhmsiz huri! Məni odlayır, Stiks deyiləm,
Dolanım mən necə doqquz dəfə dövrəndə sənin.
Föhşə mail Meger, əfsus, nə gücüm var, nə halım,
Əzib iradəni yoram səni, əldən düşəsən,
Sənin yataq cəhənnəmində Prozerpin olam.
Fransızcadan tərcümə
26-27.05. 2018
Samara
[i] Sel non satiata – fəqət doymamış (lat.)
Реклама