TEOFİL QOTYE. VENETSİYA KARNAVALI: SENTİMENTAL AY İŞIĞI

gautier_big-min

VENETSİYA KARNAVALI

  1. SENTİMENTAL AY İŞIĞI

Clair de lune sentimental,

 

Lidodan müqəddəs Marka yönələn,

Sevincli, divanə küy arasında,
Raket tək uclır qamma qəfildən,
Fəvvarə yönəlir elə bil aya.

 

 

Zarafat tonludur bu melodiya,

Yellə toqquşaraq dinər zəngləri.
Peşmanlıq, üzülən quş kimi ona,
Hərdən calaşdırır hönkürtüləri.

 

 

Uzaqda, nəğməli duman içində,

Az qala yuxu tək silinib gedən,

Qadın ki, sevirdim mən keçən ildə,

Görünür, qüssəli, ağuş yenə də.

 

 

Ürəyim yaş tökdü xatırlayaraq,
Aprel ayında biz necə meşədə,
Gəzib dolaşırdıq bənövşə tapaq,

Necə əllərimiz birləşirdi də.

 

 

 

Bir not skripkanın şantrelində,

Harmonika kimi əsib-titrəyər.

Uşaq səsidir bu, kövrək, incədir,
Gümüş bir ox kimi qəlbimi dələr.

 
Bu səs həm yanlışdır, zərifdir həm də,
Şirin, təkəbbürlü, amansız və sərt,

Soyuq və möhtəşəm, onu eşidən,

Ölümün özünü bilər səadət.

 

 

Suları hovuzu qidalandıran,
Taxtavan sayağı ürəyim mənim,

Göz yaşı axıdır, bu damlalardan,

Qanlı gölməçəyə bürünür sinəm.

 

Ah, bu Venetsiya karnavalının,
Köhnə havası şən, melanxolik həm.

Onda göz yaşıyla təbəssüm axır,
Ah, necə ağrıdır məni cazibən!
fransızcadan tərcümə

25-17. 10. 2018

Samara

Реклама