Архив | 31.10.2018

  POL VERLEN. DON KİXOTA

verlain-19.gif

À Don Quichotte

Cəngavərdin, Don Kixot, sən həm böyük sərsəri,

Qara və kinli kütlə sənə nahaqdan gülür:

Şəhid kimi sən öldün, həyatın bir əsərdir,

Şahım, haqlı deyildi o yel dəyirmanları.

 

Yürü, yürü həmişə, müdafiən inamdır,
Sevdiyim əfsanəvi atının belində sən.
Söyüş ustası, yürü! – qanun unudanların,

Dünyada artıb sayı, çoxdur həmişəkindən.

 

Ura! biz də dalınca, ölməz şairlər yəni,
Saçı külək oynadır, çələng bəzəyir alnı,

Apar bizi fəthinə xəyal zirvələrinin.

 

 

Və tezliklə, nə qədər xəyanətlər olsa da,
Əbədi qar bürümüş kəlləsində küt əqlin,
Poeziya bayrağı dalğalanar qürurla.

 

Fransızcadan tərcümə

30.10. 2018

Samara