A.A. FET. ZALIM NƏĞMƏ

                                                          

 

Zalım nəğmə! Gör mənimlə neylədin,

Nə çəkdirdin nəfəsinlə qəlbimə.

Ürəyimdə elə əsdi, göynədi,

Səhərəcən bir bu nəğmə, bu nəğmə.

 

Dil-dil ötən əzablara qatılmaq,

Yuxuların nəşəsindən şirindi.

Arzuya bax – ölümlərə atılmaq!

Ürəyimə sinəm də dar göründü.

 

Səhər oldu, söndü odu şərqinin,

Susdu  nəğmə, ruh sükuta büründü.

Nurlu, dərin guşəsində qəlbimin,

Bircə sənin təbəssümün görünür.

Оставьте комментарий