UİLYAM ŞEKSPİR. 72-Cİ SONET

 

72 sonnet.jpg

     O lest the world should task you to recite…

 Nəyimi sevirdin soruşan insan,

Yəqin çox olacaq, onları sənsə,
Susdura bilərsən, məni unutsan,

Çünki yada düşməz yaxşı nəyimsə.

 

Ya gərək deyəsən elə bir yalan,

Çoxala, yüksələ ləyaqətlərim.

Ölənə təriflər uydurasan ya,

Uyğun olmasa da həqiqətlərə.

 

Doğru məhəbbətin sayılar yalan,

Məni tərifləsən mənə sevgidən.

Adım da özümlə gedə dünyadan,

Xəcalət olmaya ikimizə də.

 

               Mənə xəcalətsə öz əsərlərim,

              Səninki – sevərək dəyər verməyin. 

 

İngiliscədən tərcümə

28.02.2018

Samara