ŞARL BODLER.  BEATRİS

бодлер

La Béatrice

Qovrulub külə dönmüş, otbitməz ərazidə,
Bir dəfə təbiətdən şikayətlə gəzirdim.
Məqsədsiz dolaşaraq, heç özüm də bilmədən,
Ürəyimə sancmışam fikir xəncərini mən.
Başıma gördüm enir günorta çağı elə,

Qara və qorxunnc bulud, qasırğayla hamilə.

Gətirirdi öqylə rəzil şeytan sürüsü,
Acıqlı bir cırtdana bənzəyir hər birisi.

Soyuq baxışlarını mənə onlar zillədi,
Necə ki kütlə maraqla bir dəlini seyr edir.

Çatırdı qulağıma gülüşlər, pıçıltılar,
Bir-biriylə göz-qaşla onlar danışırdılar.

«Yaxşıca baxın, görün nə karikaturadır,
Özünü o, Hamletə bu duruşla oxşadır.

Gözləri axır, külək saçlarıyla oynayır,

Bu kefcil, bu dilənçi, təlxək, işsiz aktyor,

Heç də gərək baxanda oyatmaya mərhəmət,
Çünki rol oynamağa var onda hər məharət.
Dərdli mahnılarıyla istər maraqlandıra,
Çeşmələri, gülləri, sisəyi, qartalları.

O hətta bizi kimi qocaman naqqalların,
İstər başını qatsın cürbəcür hoqqalarla”.
Bacarardım (ucadır dağlar kimi vüqarım)

Buludlara hökm edəm, .şeytanlara hay vuram,

Suveren başımı mən sadəcə döndərərdim,

Görməsəydim ki, əgər mənfur sürü törədən,
Cinayətdən günəşin üzünə düşmür ləkə!

Baxışları misilsiz, ürəyimə məleykə

Gülür mənim halıma onlara qoşularaq,
Vaxtaşıırı girərək şeytanın ağuşuna.

Fransızcadan tərcümə

14.07. 2018

Samara

Реклама