Théophile Gautier (1811-1872)
Apollonie
Sevimli adında, Apolloniya,
Müqəddəs düzəndən yunan sədası.
Əsil harmoniya, çünki bu adla,
Gözəl Apollona doğma bacısan.
Sənin bu şahanə, möhtəşəm adın.
Mis ahəngi alar gəzən tək simi,
Fildişi mizrabla incə lirada,
Gözəldir eşq kimi, şücaət kimi.
O bir klassikdir, iradəsiylə,
Elflər baş vururlar gölün dibinə.
Delflərdə bu adı Pifiya yalnız,
Ləyaqətli idi daşıya bilə.
Əntiq paltarını soyunan zaman,
Əyləşir o, qızıl üçayaqlıda.
Fatal bir duruşla tanrını hər an,
Gözləyir, tanrısa hələ də yolda.
Fransızcadan tərcümə
05-06.09. 2018
Samara