Kamillik axtarırdı. Qondarmışdı hər kəsə
Çatan bir poeziya. Əlinin içi kimi
Bilirdi insanların düşüncəsizliyini.
Orduya, donanmaya böyük marağı vardı.
Senatorlar gülməkdən cırılardı – o gülsə,
Ağlasa – küçələrdə cocuqlar qırılardı.
1939
Ing. dilindən tərcümə: sent 2012, Samara