UİLYAM ŞEKSPİR. 78-Cİ SONET

sonnet-78.jpg

So oft have I invoked thee for my muse…

Elə çox dedim ki, ilham pərimsən,

Elə yardım oldun mən yaradana,

İndi qələm alsa əlinə kimsə,

Nə yazıır, bağlayır sənin adına.

 

Sənin baxışların oxudur lalı,

Zəka zirvəsinə kütü qaldırır.

Qanadı bərkiyir oxumuşların,
İncınin, gözəlin cəlalı artır.

 

Sənsə yazdığımla fəxr elə ancaq,

Çünki təsirin var hər əsərimdə.

Başqalarındasa üslubu azca,
Düzəldib qoyursan sözü yerində.

 

              Sənsə mənim bütün sənətkarlığım,

              Həm sənin sayəndə seçilir ağlım.

 

İngiliscədən tərcümə

06.03.2018

Samara

Реклама