Whoever hath her wish, thou hast thy Will…
Hər kəsdə arzu var, səndəsə İstək,
İkinci, üçüncü İstək üstəlik.
Yox həris istəyən səni mənim tək,
Bununla artıran səndə istəyi.
Böyük, tutumludur istəyin sənin,
Bəlkə məndəkini alıb gizlədə?
Özgə istəyini sən bəyənirsən,
Bəs niyə mənimki səni bezdirir?
Nə qədər su ola dənizdə, yenə,
Artırır yağışla ehtiyatına
Sən də qat İstəyi öz İstəyinə,
Mənim istəyimlə İstəyin artar.
İncidib soyutma istəyənləri,
Olsun bu İstəkdə mənim də yerim.
İngiliscədən tərcümə
30.04-01.05.2018
Samara
QEYD: Başqa dillərə tamdəyərli tərcüməsi mümkün olmayan sonetlərdəndir. Söz oyunu üstündə qurulub. “Will” sözü 13 dəfə işlədilib, həm xüsusi ad kimi (şairin öz adı, həm də, gümana görə, d0stunun-rəqibinin adı), həm də istək mənasında. İngilis şərhçiləri Şekspir dövründə bu sözün konkret anatomik məna daşıdığını da bildirirlər.