F.İ. TYÜTÇEV. SİLENSİUM

Sükuta qərq olub çəkil xəlvətə,

Hissin də, arzun da dönsün sərvətə-

Gizlə ürəyinin dərinlərndə,

Üzə çıxsalar da – dilə gəlmədən,-

Necə ki ulduzlar gecə oyanar.

Sən də seyrinə çıx – və sükuta dal.

Mümkünmü ürərin sözü deyilə?

Səni özgə necə anlaya bilər?

Duyarmı canını nəlir odlayan?

Deyilən hər  fikir – quru bir yalan,-

Dağıtsan, bulanıb gedər bulaqlar,

Söndür atəşini – və sükuta dal.

Bacar öz içinə çəkilib yaşa,

Sehrli-naməlum duyğular daşan,

Bütöv bir aləm var öz ürəyində-

İtər fənalığın boş hay-küyündə,

Gündüz şəfəqlərlə qovular onlar-

Dinlə nəğməsini və sükuta dal!

1830

tərc.: 15-16 fevral 1983, Moskva

Оставьте комментарий