ŞARL BODLER.   BALKON

бодлер

                    Le Balcon

Xatirələr anası, tayı tapılmaz gözəl

Ah, mənim bütün həzzim! Ah, sən, bütün borclarım,

Xatırlarsan nəvaziş şirin olur nə qədər,
Cazibəsi axşamın, rahatlığı ocağın.

Xatirələr anası, tayı tapılmaz gözəl!

 

Kömür alovlarıyla axşamlar işıqlanır,
Və balkonda axşamlar, həndəvərdə al duman,

Ah, nə gözəldi sinən! necə də mehribandın
Sözlər də hey deyilir heç vaxt unudulmayan.

Kömürün alovuyla axşamlar işıqlanır.

 

İsti axşamçağları günəşlər nə gözəldi
Ürək necə əzmli, fəza necə dərindi!

Gözəllər məleykəsi, sənə tərəf əyildim,
Elə bildim duyuram mən qanının ətrini,

İsti axşamçağları günəşlər nə gözəldi!

 
Sənin gözlərindəki odu gözlərim sezir,

Divar tək sıxlaşsa da gecənin qaranlığı,

İçirəm nəfəsini, həm şəkər, həm zəhərdir!

Qardaş ovuclarımda xumarlanır ayağın,
Sənin gözlərindəki odu gözlərim sezir.

 

Xoşbəxrt anları yada salmaq ustasıyam mən,

Qaytarıram dizlərin üstdə keçən hər günü.

Xumar gözəlliyini axtaran xatırlasın,
Sevimli bədənini və incə ürəyini,

Xoşbəxt anları yada salmaq ustasıyam mən.

 

O andlar, o ətirlər, tükənməyən öpüşlər,
Ün yetmyən girdabdan qalxıb gəlir elə bil.

Sanki göyə ucalır cavanlaşan günəşlər,
Dənizlərin dibində suya əvvəl çəkilib.

Ah andlar! Ah ətirlər! Ah sonbilməz öpüşlər!

Fransızcadan tərcümə

27-28.06. 2018

Samara

Реклама