UİLYAM ŞEKSİR. 95-Cİ SONET

Sonnet_95_1609.jpg

              How sweet and lovely dost thou make the shame

Ətirli qızılgül qurd salan sayaq,

Ləkə sala bilən qönçə adında,

Ayıbın da sənin gözəldir ancaq,
Nə günah eləsən, şirindir dadı.

 

Bəzən ikibaşlı eyham ataraq,

Sənin həyatından söz dağıdanın,
Dilində tərifə çevrilir qınaq,

Qeybəti təmizə çıxarır adın.

 

Səni mənzil edən günahlar elə

Gözəl bir sarayda tapıb sığıncaq,

Hər ləkən gözəllik duvağı ilə,
Örtülər, gözəli görər göz ancaq.

 

                  
             Qoru bu vergini, salma nəzərdən,

             Bıçaq naşı əldə düşər kəsərdən.

 

İngiliscədən tərcümə

22.03.2018

Samara