UİLYAM ŞEKSPİR. 131-Cİ SONET

sonnet 131.jpg

Thou art as tyrannous, so as thou art…

Necə ki, qəddardır gözəliyindən,

Qürurlanan gözəl,  sən də tiransan.

Çünki ürəyimdə, bilirsən ki, sən,
Gözəl bir incisən, tayı olmayan.

 

Çöhrəni hər görən arxayın deyir,

Hökmün yox aşiqi inlədə bilən.

Qorxuram deməyə “yox, elə deyil”,

Ancaq and içirəm içimdə hərçənd.

 

Andıma sübut tək min dəfə nalə,

Çəkərəm çöhrəni yada salaraq.

Səs-səsə verərək təsdiq edərlər,

Əsmər bənizindir könlümə çıraq.

 

                    Əməllərindədir qaralıq sənin,

                   Bundan da söz-söhbət yaranır yəqin.

 

İngiliscədən tərcümə

26-27.04.2018

Samara

Реклама