ŞARL BODLER.  PEYZAJ

бодлер

Paysage

Bakiranə ekloqlar yaratmaqçın istərəm,

Astroloq tək günəşin yanında ola yerim.

Dinə kilsə zəngləri hardasa həndəvərdə,
Küləklərlə himnlər gələ, xəyala gedəm.
Üzüm ovuclarımda, uca çardağımda mən,
Eşidərəm fəhlələr danışır, oxuyur şən;

Bu kilsə qüllələri, saysız şəhər borusu

Və əngillik doğurar əbədiyyət arzusu.

Dumanlarda görünən təbiət xoş necə də,

Dənizdə ulduz yanır, çıraqlar pəncərədə.

Asimana ucalır kömür tüstüsü lay-lay,
Solğun cazibəsini buludlara yayır ay.

Baharları, yayları, payızları görərəm,
Cansıxıcı qarıyla qış gəlib yetişən dəm,
Qapıları bağlaram, pərdələri çəkərəm.
Əfsanəvi bir saray mən gecələr tikərəm.

Göz önümdə canlanar mavi üfüq o zaman,
Bağlar və fəvvarələr, hovuzlarda ağlayan.

Öpüşlər, səhər-axşam şirin şərqili quşlar,
İdilliyada bütün körpə kimi saf nə var.

Pəncərəmi hər necə döyəcləsə də Qiyam,

Yenə də mən masamdan başımı qaldırmaram;

Çünki mən bu nəşəyə qərq olub qalaram ki,
İradəmlə oyada biləm baharı bəlkə.

Sıyıram ürəyimdən bir günəşi və yanan,

Fikrlərimdən isti bir atmosfer yaranar.

Fransızcadan tərcümə

13-14.06. 2018

Samara

Реклама