UİLYAM ŞEKSPİR. 55-Cİ SONET          

shakespear.jpg                               

       

                                Not marble, nor the gilded monuments…

 

Nə mərmər, nə şahların qızıl abidərləi,

Yaşayar dünyada bu möhtəşəm şeir qədər.

Sənin surətin yanar misralarda əbədi,

Ən parlaq daşı zaman toza basıb çürüdər,

 

Yıxar abidələri əbəs müharibələr,

Qiyamlar alt-üst edər daşdan tikilənləri.

Nə hərb odu yandırar, nə də ki qılınc kəsər,

Yazıya xatirəndən indi çəkilənləri.

 

Adlayarsan ölümü, xatirələri silən

Mənfur unutqanlığı; bu dünyadan sıyrılıb,

Qiyamətə yetişən gələcək nəsillərin,  

Gözündə də şərəfin olar uca, sayqılı.

 

Özün durana qədər Tanrının hüzurunda,

Qal bu şeirdə, yaşa sevgilinin gözündə.

 

İngiliscədən tərcümə

06.12.2017

Samara

Реклама