ŞARL BODLER.  BAYQUŞLAR

бодлер

Les Hiboux

Qaraçöhrələrin gölgəsi altda,

Bayquşlar oturur sıralanaraq.

Özgə tanrılar tək, gözləri yanar,

Qırmızı alovla.  Xəyaldadırlar.

 

Onlar hərəkətsiz oturub qalar,
Gəlib yetişincə hüznlü anlar,

O vaxt ki, yenidən qovub toranlar,
Günəşi qüruba, yerini alar.

 

Onların görkəmi müdrikə dərsdir,
Vurnuxma, hərəkət bilsin əbəsdir,
Ağırdır dünyada nəticəsi də.

 

Sovuşan kölgəylə məst olan insan,
Yerinİ dəyişmək əgər istəsə,
Alır cəzasını hökmən, hər zaman.

Fransızcadan tərcümə

05-06. 2018

Samara

Реклама