ŞARL BODLER. SPLİN 3

бодлер

             Spleen

Kralam elə bil mən yağışlı bir ölkədə,
Gəncdir, qocadır ancaq, gücü yox, zənginsə də.

Həqir müəllimləri ikrah doğurur onda,
Darıxır itləriylə, başqa heyvanlarla da.
Onun kefini açar nə şahin, nə də qumar,
Eyvanı qarşısında nə can verən adamlar.
Məzəli balladası sevimli təlxəyinin,

Açmr daha bu qəddar azarlının eynini.
Gerb bəzəyən yatağı məzarı xatırladar,

Bütün şahzadələri gözəl sayan xanımlar,

Bilmirlər geyinələr necə açıq-saçıq ki,
Bu cavan skeletin eyni açıla bəlkə.

Bacara bilmə qızıl yaradan kimyagər də,
Varlığından çıxara çürüdücü maddəni.
Romalıllardan bizə gələn qan hamamları,
Ki, dünya aliləri qocalıb yada salır,
Qızdırmazdı onlar da soyumuş bu meyidi,
Çünki Leta suyudur damarında, qan deyil.

Fransızcadan tərcümə

08-09.06. 2018

Samara

Реклама