ŞARL BODLER. MAYAQLAR       

 

бодлер

Les Phares

Rubens, tənbəllik bağı, unudulmalar çayı,
Balınc canlı bədəndir, eşq yeri deyil bura,
Həyatsa axıb gedir, dayanmadan qaynayır,
Göydə havaya bənzər, dənizlərdə sulara;

 

Leonard da Vinçisə ayna, bulaşıq, dərin,
Orda şirin gülüşlü cazibəli mələklər

Sirli baxışla çıxıb ölkəni çəpərləyən,

Buzlaqların, şamların kölgəsinə çəkilər;

 

Rembrandt pıçpıç dolu hospitaldır qüssəli,
Və nəhəng bir çarmıxla bəzədilibdir ancaq.

Göz yaşlı dualalarla qoxular da yüksəlir,
Qış günəşi qızarır burda ani olaraq;

Mikelancelo elə yerdi, burda qarışar,
İsalar, Herkuleslər, düppədüz ucalırlar,
Qüdrətli fantomlar və elə ki toran düşər,
Onlar kəfənlərini barmaq atıb cırırlar;

 

Boksçu qəzəbi və  favn həyasızlığı,
Hər yaramaz adamda tapdın gözəl olanı.

Böyük qəlbi qürurlu, saralmış və azarlı,
Püje, zindan əhlinin melanxolik sultanı;

 

Vatto, bu, karnavaldır, burda məşhur ürəklər,
Yığılıb uçuşurlar, kəpənək tək yanırlar

Lüstrlə işıqlanır təsə, yüngül bəzəklər,
Fırlanan, gicəllənən bu balda dəlilik var.

 

Qoya, o, tanınmayan şeylərlə dolu kaşmar,
Qazanda döl qaynayır ifritə şabaşına,

Qarılar bəzənirlər, lüt qaçışır uşaqlar,
Şeytanları tamaha salmağa çalışaraq;

 

Delakrua qan gölü, zay mələklər baş vuran,
Onu həmişəyaşıl şam meşəsi çevrələr.
Altında qəmgin göyün şeypurlar haray vurar,

Xatırladar boğunuq ah-zarını Veberin;

 

Bu lənətər, qarğışlar, küfrlər, ah-naləəlr,

Ekstaz, hönkürtülər, göz yaşı və Te Deum,

Minlərlə labirintdə əks-səda tək dinər.

Öləri ürəklərə bu, ilahi opium;

 

Bu, minlərlə keşikçi təkrarlayan  haraydır,
Bu, fərmandır, minlərlə ağızla ötürülən.
Bu, minlərlə qüllədə işıqlanan  mayakdır,

Ovçu zınqrovudur meşədə itirilən;

 

Bu, ən yaxşı sübutdur, Ağamız, həqiqətən,

Bizim ləyaqətimiz onunla təsdiqlənər,

Yanğılı hönkürtü ki, ötər əsrə əsrdən,

Əbədiyyətimizin qıraqlarında  ölər.

fransızcadan tərcümə

01-02.07. 2018

Samara

Реклама