Архив | Январь 2013

A.V. KOLTSOV. QOCANIN NƏĞMƏSİ

                           

 

Yəhərlərəm atımı,

Atımı-qanadlımı.

Şahindən iti, yeyin,

Çaparam, uçaram mən.

 

Düzləri, dənizləri,

Ötüb, keçib gedərəm.

Çataram, haraylaram,

Gəncliyimi geriyə.

 

Qayıdaram yenə mən,

Dəliqanlı, şux, zirək.

Gözəllərin xoşuna,

Gələrəm əvvəlki tək.

 

Əfsus! Bir yol tapılmaz,

Bir yolluq gedənlərə!

Doğmayacaq heç zaman,

Günəş necə ki, qərbdən!

1830

МЕЧТЫ ГАРИКА СУКАЧЁВА СБЫВАЮЮТСЯ

nar

Гарик Сукачёв на своём мотоцикле «Харлей Дэвидсон» сбил пешехода на Новосходненском шоссе в Москве. Раньше музыкант сбивал людей на автомобиле, на катере. В эксклюзивном интервью журналистам Life News

Г-н Сукачев в больнице заявил, что теперь у него осталась одна неосуществленная мечта: совершить авиа налет на Москву.

30 янв, 2013 at 4:37 PM

КОЗЛОТУР

nar

Поездка следователей в Киров к губернатору Белых.

30 янв, 2013 at 4:26 PM

QƏBİRQAZAN HEYDƏRƏLİ KİŞİ VƏ YA HƏYAT HAQQINDA NƏĞMƏ

 

Ehey! Heydərəli kişi!

Bülövə çək belini,

Paslanıb mən biləni.

Qara torpaq belinlə çox oyulub,

Gen kürəyin min yol tərlə yuyulub.

Qoca-cavan əlinlə çox qoyulub,

Məzar adlı otaqda,

Soyuq, tənha otağa.

 

Ehey! Heydərəli kişi!

Elə çək ki bülövü,

Göyə qalxsın alovu.

Zəif qadın əlləriylə gətirdin,

Kobud kişi əlləriylə ötürdün –

Qoca dünya, bu oyundu, ya nədi,

Çıxarırsan bizlə sən?

Usanmadın hələ sən?

 

Ehey! Heydərəli kişi!

Bülöv nə çox, bel nə çox,

Təpə nə çox, çöl nə çox.

Ölüm deməz bu cavandı o qoca,

Macal verməz ömür sürək doyunca.

Bir əvvəlin, bir sonucun tapmaca,

Qalanın da nağıldı, —

Həyat, daha nə qaldı?

 

Ehey! Heydərəli kişi!

Torpağa sanc belini,

Tər islatsın belini.

Nə bilirsən arzu nədi, kam nədi,

Hansı çıraq axıracan yanmadı.

Min yol qazdın, bir yol belin sınmadı,

Nə möhkəmmiş sapı, hey!

Tiyə çətin qopa, hey!

 

Ehey! Heydərəli kişi!

Bülöv çək od çıxınca,

Döndər beli qılınca.

Ölüm kimi qara rəngli torpaqdan,

Güllər bitir həyat rəngli al-əlvan.

Qorxutmayır bizi bu son imtahan,

Oy torpağı, qəmin kəm,

Qorxumuz yox ölümdən.

 

Ehey! Heydərəli kişi!

İŞdən qalsın əlin, hey!

Pas bağlasın belin, hey!

Tapmayasan bülöv, hey!

Heyyy…

 

                                22 sentyabr 1978, Ərəbqardaşbəyli

 

NEFTÇALADAKI ÜSYAN DEYİLMİŞ, YAĞIŞ İMİŞ…

Səhər “Yeni müsavat” “eksklüziv” xəbər verirdi ki, Neftçalada xalq üsyanı baş verib. İndi məlum olur ki, qəzet azacıq səhv edib: Neftçalada üsyan yox, yağış olub…

Sabah da yağış gözlənilir.

МАГОМЕДОВ МАГОМЕДСАЛАМ МАГОМЕДАЛИЕВИЧ

nar

Магомед пришел в Кремль. В компании еще двух Магомедов.

Теперь администрацию Кремля вполне можно считать магометанской. А землякам и родственникам Магомедова можно даже молиться в сторону Кремля.

29 янв, 2013 at 12:53 PM

QİTƏ

             LENİNQRAD

Taleyin əlindən gileyim ümman,

Gah aşkar dinirəm, gah dodaqaltı.

Tale acıqlıdır əlimdən yaman:

Nə verdi – qaytarıb üstünə atdım…

   

          18.12. 1977

Ərəbqardaşbəyli              

Robert FROST. SONUNCU BİÇİN

robert-frost     

Robert FROST

(1874-1969)                                     

    (THE LAST MOWING)

Uzaq çəmən adlı yerdə, deyirlər,

Daha olmayacaq bu ildən biçin.

Güya kənd içində söz qoyulub ki,

Bir də o çəmənə kimsə getməsin.

Eləsə dincələr güllərin canı,

Dəryazın olmazlar bir də qurbanı.

Mənim ayrı şeydən qorxum indi çox,

Görsə ki, bu yerdə indi biçin yox,

Meşə təzə eşqlə törəyib artar,

Yiyəsiz çəmənə doğru üz tutar.

Məni ağaclardır narahat edən,

Çiçəklər açılmaz kölgələrində.

Yoxdur adamlardan təhlükə indi,

Otu indən belə çalmayacaqlar.

Bu çəmən hələlik əlimizdədir,

Sevdalı çiçəklər, zaman sizindir.

Boy atın arxayın, sizin qoxunuz,

Rənginiz o qədər mənə əzizdir,

Bir-bir adınızı çəkməsəm olar.

 1900 ya da 1901-ci il

Ingiliscədən tərcümə

2000-ci illərin əvəli, Samara

 

EMİN MİLLİNİN FANATLARI, HARDASINIZ?

Facebook-da Bakıda, İsmayıllıda tuttulanlardan məlumat tapmaq çətindir – ya da mən şəbəkənin Azərbaycan seqmentinə yaxşı bələr deyiləm. Təəssüf ki, tutulanlara dəstək kimi, kütləvi aksiyalar qalsın, nəinki piketlər də keçirilmir, hətta onların həbsinə yazılı etiraza da çox adamın cəsarəti çatmır. Demaqoqluq isə, gözəl söz deyib özünü “bəyəndirmə” cəhdləri isə kifayətdən də artıqdır… Emin Millinin şəbəkələrdəki “fanatları” hardadırlar? Onların sayı, deyəsən, bir neçə mindir.

Ey, hardasınız?

 

Robert FROST. MÜŞAHİDƏ NÖQTƏSİ

T1520565_05

                (THE VANTAGE POİNT)

 

Əgər yorsa meşə, bəşər xiffəti,

Yenə yorsa məni, naxır örüşü

Yamaca qalxaram dan sökülməmiş.

Ardıc kolluğunu qırıb xəlvəti

Görürəm evlərin donuq surəti,

Uzaqdan      ağarır. Bir az aralı,

Qarşı təpəlikdə durur məzarlıq –

Ölənlə qalanın sərhədi itir.

 

Məni bir mənzərə günortayadək

Bezdirsə, dönərəm dirsəyim üstə,

Axar təpəlikdən üzümə isti.

Meh tək nəfəsimdən titrəyər çiçək,

Burnumda torpaqla əzik ot dadı,

Gözümsə qarışqa yuvasındadır…

İngiliscədən tərcümə

2000-ci illər

Samara