Uğultu yatdı. Və mən səhnədəyəm,
Dayanmışam qapıya söykənərək.
Sanki göylrədən axan səssə bu dəm,
Başıma anladır nələr gələcək.
—
Neçə yüz durbinin gözündən axan,
Gecə toranlığı gözümdə itir.
Sən əgər, mümkünsə, tanrım, atam
Bu əcəl camını məndən yan ötür.
—
İnamlı fikrinə qəlbimlə varam,
Və hazıram bu rolu oynamağa.
Qızışır indi fəqət özgə dram,
Və bu yolluq məni əsirgə daha.
—
Fəqət bütün gediş qərarlanmış,
Dəfolunmazdır indi son, heyhat.
Mən tək, aləm riyaya aldanmış,
Bir oyun yox, ağır sınaqmış həyat.
1946
Tərc.: avq.—sent. 1987